Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı Suriya-İsrail sərhədindəki vəziyyəti müzakirə ediblər.

 APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat-xidmətinin məlumatında bildirilir. 

"Telefon danışığı zamanı Suriya ərazisindəki hədəflərə raket zərbələri endirmiş İsrail Hərbi-Hava Qüvvələrinin hərəkətləri ilə bağlı yaranmış vəziyyət müzakirə edilib”, - deyə məlumatda bildirilir.  

"Rusiya bölgədəki gərginliyin artmasına səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb”, - deyə məlumatda bildirilir.