Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Dağıstana gəlib.

Bu məlumat Dağıstan hökumətindəki mənbə tərəfindən də təsdiqlənib.

"İstintaq Komitəsinin rəhbəri bir sıra rezonans halların monitorinqi üçün Dağıstana gəlib. Bastrıkin buradakı həbslərlə əlaqədar buradadır. O, hazırda İstintaq Komitəsinin Dağıstandakı idarəsinin binasına daxil olub. Binanın hər tərəfi mühasirəyə alınıb", - mənbə bildirib/Axar.az.