Yeni Azərbaycan Partiyasının yeni namizədlər siyahısında hazırda deputat olan YAP-çılardan 18 nəfərin adı yoxdur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 2005-ci ildə seçilən YAP-çı deputatlardan 18 nəfər budəfəki siyahıdan kənarda qalıb. Belə ki, Əhəd Abıyev, Əhəd Əhmədov, Gülhüseyn Əhmədov, Əkrəm Abdullayev, Murtuz Ələsgərov, Vasif Əliyev, Sevindik Hətəmov, Dünyamin Xəlilov, Nizami Xudiyev, Aydın Həsənov, Nizami İsgəndərov, Məcid Kərimov, Miri Qəmbərov, Eyvaz Qurbanov, Nazim Məmmədov, Səfər Məmmədov, Vidadi Məmmədov və Məjlum Şükürovun adları yoxdur.