ABŞ və YPG qüvvələrinin Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrə məxsus məntəqəyə hücum etməsinə Dəməşqin açıqlaması gecikməyib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Suriya dövlət televiziyası məlumat yayıb.
Açıqlamada ABŞ-ın Suriya hökumət qüvvələrinin mövqelərini bombardman etdiyi təsdiqlənib: "Bu hücumla ABŞ sübut etdi ki, terrora dəstək verir”.
Qeyd edək ki, hücum nəticəsində azı 100 Əsəd əsgəri həlak olub.
ABŞ tıərəfi isə Suriya Demorkatik Qüvvələrinə (PYD) hücum edən Əsəd ordusuni geri çəkdirmək üçün zərbələr endirdiyini açıqlayıb.