"Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Lalə Şövkət qatılmayacaq”.

Bunu Modern.az-a Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.

"Qəti fikrimizdir. Prezident seçkilərinə partiyadan da kimsə qatılmayacaq” deyən Əvəz Temirxan Lalə xanımın seçkilərlə bağlı fikirlərini də dilə gətirib:  "Bu addım səbəbsiz deyil. Mütləq səbəb var. Yoxsa seçkilər bu tarixə salınmazdı”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.