"Türkiyə və İran Suriyada beynəlxalq hüquq normalarını pozurlar".
Bu sözləri Fransanın Xarici İşlər naziri Jan-Yves Le Drian deyib.
"Ankara savaşa savaş əlavə etməməlidir. Kim Suriyada olmamalıdırsa, geri çəkilməlidir. Buna iranlı milislər və Hizbullah da daxildir”, - nazir bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Makron bundan öncə verdiyi açıqlamada Türkiyənin narahatlığını və Afrin əməliyyatının hədəfini yaxşı anladıqlarını bildirmiş, buna baxmayaraq, bu əməliyyatın işğalla nəticələnməli olmamasına diqqət çəkmişdi/Axar.az.