Prezident ?Azərbaycan yazıl dünya naminə? Beynəlxalq ekoloji sərgiyə baz çəkib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində ?Azərbaycan yaşıl dünya naminə? devizi altında təşkil olunan Beynəlxalq ekoloji sərgiyə baş çəkib.
Prezident Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan sərgiyə baxış keçirib.
?Azərbaycan Yaşıl Dünya naminə? beynəlxalq sərgi ətraf mühitlə bağlı bütün sahələri (xüsusi mühafizə olunan təbiət əraziləri, su bioresursları, meşələr, ətraf mühitin monitorinqi, hidrometeorologiya, neft-qaz sektoru, meliorasiya və su təsərrüfatı, su təchizatı və kanalizasiya, kənd təsərrüfatı) əhatə edir. Ekoloji problemlərin həllində qabaqcıl təcrübəyə malik 30-a yaxın xarici, eləcə də yerli şirkətlərin, o cümlədən dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının iştirak etdiyi sərgi 18 sentyabr tarixinədək davam edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47