AMiP-çi gənclər ?Moderat? Partiyasının dəvəti ilə isveçə getdi
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının Beynəlxalq Məsələlər üzrə sədr müavini Nicat Cavanşir və İdarə Heyətinin üzvü Elvüsal Muxtarov İsveçə yola düşüblər.
Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, hakim ?Moderat? Partiyasının dəvəti ilə gerçəkləşən səfər sentyabrın 19-da İsveçdə keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədi daşıyır. Səfər zamanı AMİP-çi gənclər təbliğat kampaniyaları və ayrı-ayrı regionlarda seçki öncəsi şəraitlə tanış olacaqlar. Seçki günü isə gənclər məntəqələrdə səsverməni izləyəcəklər.
Azərbaycandan yalnız AMİP-çilərin müşahidəçi kimi iştirak etdiyi bu seçkilərdə qazanılacaq təcrübədən ölkəmizdə keçiriləcək parlament seçkilərində istifadə olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51