Aydınlar Partiyası ?Qarabağ? blokuna yaradılan bürokratik problemləri pisləyir
?Qarabag? blokunun namizədləri DSK-larda bürokratik problemlərlə üzləşirlər. Bu bardə Müstəqil İnformasiya Agentliyinə Aydınlar Partiyasının mətbuat xidmətindən məlumat veriblər.
Məlumata deyilir ki, ?Qarabağ? Blokunun 77 saylı Astara, 69 saylı Biləsuvar-Cəlilabad-Masallı, 10 saylı Binəqədi, 73 saylı Lənkəran şəhər, 56 saylı Xaçmaz kənd, 123 saylı Kəlbəcər və 103 saylı Gədəbəy seçki dairəsindən namizədlərdən Seçki Məcəlləsind nəzərdə tutulmayan sənədlər tələb edilir. Bəzi namizədlərdən hətta dogum haqqında şəhadətnamə də istənilib. Bütün bunlar namizədlərin qeydiyyatını yubatmağa, normal seçki prosesini əngəlləməyə, şanslı namizədlərin seçkidən kənarda qalmasına hesablanıb. Bu, seçkinin demokratik keçiriləcəyini bəyən edən hökumətin vədlərini bəri başdan şübhə altına almağa əsas verir.
Aydınlar Partiyası seçki dairələrini belə neqativ halları aradan qaldırmağa və DSK-lərin Seçki Məcəlləsinə əməl etməyə çağırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51