Müsavat Partiyası: ?Hədə-qorxu və zorakı üsullarla müxalifət elektoratını qorxutmaq mümkün deyil?
Müsavat Partiyası hakimiyyətin seçkilərə saxtakarlıqla getməsi ilə bağlı bəyanat yayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, artıq müəyyən addımlar atılmağa başlayıb:
?Hakimiyyət seçkilərin saxtalaşdırılması istiqamətində indidən konkret addımlar atmağa başlayıb. Artıq Mənzil-İstismar Sahələrinə, yerli icra nümayəndələrinə ərazidə yaşayan müxalifətyönlü insanların siyahısını hazırlamaq tapşırılıb. Əvvəlki seçkilərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, məqsəd seçicilərə təzyiq etmək, onları qorxutmaq, bütün bunlar nəticə vermədikdə isə adlarını müxtəlif bəhanələrlə seçki siyahılarından çıxarmaqdan ibarətdir. Konkret olaraq Suraxanı rayonunda 60 saylı Mənzil-İstismar Sahəsi tərəfindən hazırlanmış ?Müsavatyönümlü sakinlərin siyahısı? adlı sənəd mətbuatda da dərc olunub. Siyahıda həm Müsavat Partiyasının üzvləri, həm də Müsavat Partiyasına rəğbəti olan insanların adları və ünvanları qeyd olunub?.
Müsavat Partiyası bu faktı seçkilərin saxtalaşdırılmasına verilən start kimi qiymətləndirir və hakimiyyətdən bu özbaşınalıqlara son qaymasını, bu qanunsuz hərəkətlərə göstəriş verənlərin və icra edənlərin cəzalandırılmasını tələb edir. Partiya həm də bəyan edir ki, bu cür hədə-qorxu və zorakı üsullarla müxalifət elektoratını qorxutmaq mümkün deyil.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51