Azərbaycanda seçkiqabağı vəziyyətin monitorinqinin aparılması məqsədilə oktyabrın 18-də ölkəyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) beş nəfərdən ibarət nümayəndə heyəti gələcək. Bu barədə jurnalistlərə AŞ-ın Bakı ofisinin rəhbəri Veronika Kotek bildirib. Onun sözlərinə görə, seçkilərin gedişini bilavasitə izləmək üçün ikinci missiya səsvermə prosesinə bir neçə gün qalmış gələcək. Onun tərkibinə AŞPA-nın 30 nümayəndəsi daxil olacaq. Kotek bildirib ki, parlamentarilərin adları yaxın günlərdə açıqlanacaq.