Yeni Azərbaycan Partiyası (YAP) febralın 8-də qurultay keçirəcək.

Mia.az xəbər veirr ki, bununla bağlı YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə deyib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.

 Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.