Vatikanda səfərdə olan Türkiyə prezidenti Ərdoğan bu gün Papa Francesko ilə görüşüb.
Mia.az xəbər verir ki, Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Papanın iqamətgahında Papalıq valisi Başpiskopos Georgi Gansveyn və digər rəsmilər rəsmi qaravulla qarşılayıblar.
Papa Apostol Sarayında Ərdoğanı salonun qapısında səmimi qarşılayıb. O, ƏrdoğanI
İtalyanca "Buongiorno" deyə salamlayıb. Ərdoğan isə "How are you" cavabı verib.
Bir saat çəkən ikili görüşdə söz alan Ərdoğan Papaya təşəkkür edib: "Göstərdiyiniz münasibətdən yana sizə çox təşəkkür edirəm".
Papa da Ərdoğanın ziyarətindən məmnun olduğunu bildirib.
Jurnalistlərin foto çəkilişindən sonra görüş qapalı keçirilib.
Mia.az