Hazırda təqaüddə olan Canmirzə Mirzəyev də deputatlığa namizədliini irəli sürüb. Seçkilər İnformasiya Mərkəzindən MİA-ya daxil olan məlumata görə, C.Mirzəyev 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Keçmiş hərbçi imza vərəqələrini də götürüb. Qeyd edək ki, hazırda həmin dairədə C.Mirzəyevin əsas rəqiblərindən İqbal Ağazadənin namizədliyi məlumdur.