Türkiyə prezidenti Ərdoğan lideri olduğu partiyanın Bitlisdəki toplantısında bu gün qurultay keçirən CHP və onun lideri Kamal Kılıcdaroğluna mesaj göndərib.
Mia.az xəbər verir ki, Ərdoğan "Aslanlar olan yerdə çaqqallar quyruğunu qısıb qaçar" deyərək, ilk öncə Afrin əməliyyyatına diqqəti çəkib: "Dünənə qədər kürəklərini söykədiklərinə güvənib, bu millətə meydan oxuyan terrorçular hinlərini başlarına necə yıxdığımızı görüncə, sürünənə dönüblər. Onların necə sürünənə döndüklərini görürsüz.
İndi bu ana müxalifətin başında duran o zata səslənirəm: ey Bay Kamal, indi qurultay keçirirsən. De görüm, bu PYD terror təşkilatıdırmı? Əgər igidsənsə, bunun terror təşkilatı olduğunu açıqla. Ancaq sən bunu açıqlamayacaqsan. Çünki sən onların məclisdəki təmsilçiləri ilə qol-qola dolaşan birisən...".
Mia.az