Prezident ilham Əliyev Özbəkistana səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək. Dövlət başçısının Daşkəndə rəsmi səfəri sentyabrın sonlarına planlaşdırılıb.
Özbəkistanın ?CA-NEWS? agentliyinin məlumatına görə, İlham Əliyev səfər zamanı Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin sentyabrın 27-nə planlaşdırılan açılış mərasimində iştirak edəcək.
Səfər zamanı həmçinin yüksək səviyyədə danışıqlar aparılacaq. Siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan prezidenti sonuncu dəfə Özbəkistana 2004-cü ilin martında səfər edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50