Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev parlament seçkilərinə namizədliyini irəli sürüb. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, partiya sədri bu gün namizədliyinin irəli sürülməsi ilə bağlı sənədləri 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasına (DSK) təqdim edib. Partiya sədrinin namizədliyi ?İnsan Naminə? Seçki Bloku tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq DSK ən geci 5 gün müddətinə sənədləri araşdırıb partiya sədrinə imza vərəqələri verəcək.