"Problemli kreditlər məsələsi artıq təhlükəli həddi keçib”

Bu fikirləri deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında səsləndirib. O bildirib ki, artıq problemli kreditlərin həddi 2 milyardı keçib: "Bu da ümumi portfelin 15 faizidir. Bu artıq təhlükəli həddi keçmədir. Ona görə də parlament olaraq bu məsələyə ciddi yanaşmalı və problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır”.