"2018 ci il prezident seçkiləri ilidir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevdir".
Bunu jurnalistlərə açıqlamasında, baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini- icra katibi Əli Əhmədov deyib.
O qeyd edib ki, YAP üzvü olan gənclər dövlət başçısı İlham Əliyevin prezident seçkisində qələbə qazanmasına öz töhfələrini verəcəklər.