Sabah, fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 15 məsələ daxildir. Bunlar aşağıdakılardır:

"Sosial sığorta haqqında" qanuna dəyişiklik;

"Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna dəyişiklik;

"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"qanuna dəyişiklik;

"Peşə təhsili haqqında" qanun layihəsi 1-ci oxunuşda;

"Dərman vasitələri haqqında” qanuna dəyişiklik;

"Terrorçuluğa qarşı mübarizə" qanuna dəyişiklik;

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik;

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;

Milli Məclisin İntizam Komissiyasının tərkibinin təsdiq edilməsi

Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibinin təsdiq edilməsi

Bundan başqa 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.