Gültəkin Hacıbəyli: ?AGRi? layihəsi ölkəmiz üçün böyük siyasi əhəmiyyətə malikdir
?AGRİ? layihəsi Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolunu daha da artıracaq. Bu layihə həmçinin ölkəmiz üçün böyük siyasi əhəmiyyətə malikdir?.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli deyib.
G.Hacıbəyli bildirib ki, layihə ilk növbədə Avropa Birliyinin ?Şərq Tərəfdaşlığı? proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Onun sözlərinə görə, layihənin icrası Xəzər regionu ilə Avropa ölkələri arasında iqtisadiyyatla yanaşı siyasi əməkdaşlığın inkişafına da təkan verəcək.
?Layihə Avropa Birliyi, Xəzər regionu və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa öz töhvəsini verəcək? deyə komitə sədrinin müavini qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50