?İnsan naminə? seçki bloku daha 5 dairə üzrə namizədlərini müəyyənləşdirib. Bu barədə ALP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, blok 4 dairə üzrə namizədlərini dəqiqləşdirib. Siyavuş Nəcəfov 3 saylı Babək-Kəngərli-Naxçıvan, İkram Rəhimov 4 saylı Naxçıvan şəhər, İsmayıl İsmayılov 69 saylı Cəlilibad?Masallı?Biləsuvar, Bəhram Mustafabəyli isə 114 Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd irəli sürülüb. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində yerdəyişmə olub. Həmin dairədən bir müddət öncə namizədliyi irəli sürülən Asif Balakişiyevin yerinə Vüsal Hətəmov blokun vahid namizədi kimi təsdiqlənib. Hazırda 12 seçki dairəsi üzrə namizədlərin müəyyənləşdirilməsi istiqamətində dəqiqləşmə davam etdirilir.