Metyu Brayzanın namizədlik məsələsinə sentyabrın 21-də baxılacaq
Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr sentyabrın 21-də keçiriləcək. Bu barədə ABŞ Senatının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Həmin gün Senatın Xarici Əlaqələr komitəsində Amerikanın bir sıra ölkələrə, o cümlədən Azərbaycana, Çexiyaya, Almaniyaya və Sloveniyaya səfirlərinin təyinatı ilə bağlı növbəti müzakirələr keçiriləcək.
Müzakirələr Bakı vaxtı ilə gecə saatlarına təyin olunub. Komitə Metyu Bryzanı təsdiq edərsə, o zaman onun məsələsi Senatın ümumi iclasına təqdim olunacaq.
Metyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.
2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boş idi. Azərbaycan hökuməti bu qeyri-müəyyənliyin ikitərəfli əlaqələrə təsir etməsindən narahatlıq ifadə etmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50