Türkiyə Silahlı Qüvvələri (TSQ) bu gün Afrində 73 PKK/PYD terrorçusunu məhv edib.

Mia.az xəbər verir ki, bu barədə TSQ rəsmi məlumat yayıb.

Bildirilib ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində bu gün gedən döyüşlərdə 2 türk əsgəri yüngül yaralanıb: "Bu gün 13 təyyarəmiz 20 hədəfi də yerlə bir edib. Ümumilkdə əməliyyatın başladığı 9 gündə 557 PKK/PYD və İŞİD üzvü məhv edilib".

Mia.az