Türkiyə prezidenti Ərdoğan bu gün Amasiyada partiyadaşları ilə toplantı da Afrin əməliyyatı ilə bağlı açıqlamalar verib.
Mia.az xəbər verir ki, o, Afrin əməliyyatında 7-si türk əsgəri olmaqla, 20 şəhid var: "Az öncə məlumat aldım. Əməliyyat başlayandan bu günə qədər 484 terrorçu cəhənnəmə göndərilib. Bu günə qədər 13-ü Azad Suriya Ordusunun döyüşçüsü olmaqla, 7 əsgərimiz şəhid olub. Bu gün isə strateji Burseya dağı tamam ələ keçirildi. Oradan bölgəyə hakimiyyət qurmaq daha rahat olacaq. Suriya ilə sərhədlərimiz terrorçulardan addım-addım təmizlənəcək".
Ərdoğan bir daha bildirib ki, Türkiyənin heç bir ölkənin torpağında, malında, namusunda gözü yoxdur: "Ancaq bizim inancımıza, əzanımıza, can və mal varlığımıza təhdid olduğu zaman da gözümüz kimsəni görməz. Biriləri çıxıb, "savaşa yox" deyə bildirişlər yayır. Ana müxalifətin deputatları da eyni oyuna ortaq olurlar. Bu zatlar terror qrupları Suriyada on minlərlə insanı öldürərkən, milyonlarla insanı evindən, yurdundan didərgin salarkən, bunlar haradaydılar? Terorçulara 5 min TIR silah verilirkən "savaşa yox" demək heçmi ağıllarına gəlmədi".
Mia.az