Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış səfirliklər və inzibati binaların yerləşdiyi Vəzir Əkbər Xan məhəlləsində baş verib.

 Məlumata görə, partlayışı minalanmış təcili  yardım maşını vasitəsilə terrorçu-kamikadze törədib. Əfqanıstan DİN-i teraktla əlaqədə şübhəli bilinən 4 şəxsin saxlanıldığını bildirib.       

"Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.