Sabiq millət vəkili Hüseyn Abdullayev polis tərəfindən saxlanılması ilə bağlı xəbər yayılıb. MİA-ya verilən məlumata görə, H.Abdullayev namizədliyini irəli sürmək üçün sənədlərini təqdim etməyə getdiyi 25 saylı Nizami ikinci seçki dairəsində mübahisə yaranıb. Onun üzərində məhkumluğu olduğu üçün namizədliklə bağlı qeydiyyata alınmayacağını bildirən DSK sədrinin sənədləri qəbul etməməsi mübahisəyə səbəb olub. Münaqişə daha da şıddətləndikdə DSK rəhbərliyi polis çağırıb. Məsələylə bağlı sözügedən DSK ilə əlaqə saxladıq. DSK sədri Heydər Vəliyevin iclasda olduğunu bildirdilər. Amma Hüseyn Abdullayevlə bağlı məsələni nə təsdiq, nə də ki, təkzib etdilər.