Milli Məclisinin deputatı Fuad Muradov Belçikaya səfər edib. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, F.Muradov Brüssel şəhərində ?Avronest? Genişlənmiş Bürosunun təşkilatçılığı ilə qurumun Parlament Assambleyasında 5 dövlətin parlament nümayəndə heyətləri rəhbərləri ilə görüşdə iştirak edəcək. Tədbirdə deputat Azərbaycan parlamentinin qanunvericilik bazası, əldə olunmuş nailiyyətlər barədə iştirakçılara məlumat verəcək.