Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxtəlif istiqamətlərdən Afrinə sürətli hücum təşkil edən Türk ordusu ilə Azad Suriya Ordusu (ASO) PKK/PYD terrorçularını böyük təlaşa salıb.
Məlumata görə, onların çoxu Rusiya ordusunun da olduğu Tel-Rifata qaçmağa cəhd edir. Bunu nəzərə alan Türk ordusunun "Bordo Bereli"lərinin də dəstək verdiyi 500 nəfərlik ASO üzvləri Afrinin şərqindəki Maredən Tel Rifata doğru hərəkətə geçib:
"Tel Rifatla Afrin arasındakı qəsəbə ələ keçirildikdən sonra isə PKK/PYD terrorçuların qaçma imkanı da olmayacaq".
Mia.az