Xəbər verildiyi kimi, Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının 11 sentyabr 2010-cu il tarixli iclasında noyabın 7-də keçiriləcək parlament seçkilərinə partiyanın namizədləri təsdiqlənib. Partiyanın mətbuat xidmətindən MİA-ya verinlən məlumata görə, AMİP seçki sənədlərinı dünən Mərkəzi Seçki Komissiyasına təqdim edib. Artıq bu gündən AMİP-in parlament seçkilərinə irəli sürdüyü namizədlər müvafiq dairələr üzrə sənədlərini Dairə Seçki Komissiyalarına təqdim etməyə başlayıblar.