Bu gün Müsavat Partiyasının qərargahında ?AXCP-Müsavat? seçki blokunun birgə müşavirəsi keçirilib. MİA-nın xəbərinə görə, toplantıda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimlivə hər iki partiyanın rəhbərliyində təmsil olunan şəxslər iştirak ediblər. AXCP sədri Əli Kərimli çıxış edərək bildirib ki, tezliklə mitinqlərə başlayacaqlar. Partiya sədri deyib ki, parlament seçkilərində təşviqat aparmaq üçün ayrılan 21 gün ərzində blok 30-40 regionda tədbirlər keçirəcək. Müsavat başqanı İsa Qəmbər isə çıxışında maddi sıxıntılardan söz açıb. O, ?AXCP-Müsavat? blokunun hər şeyinin olduğunu, təkcə pulunun olmadığını bildirib. Bu na baxmayaraq, İ.Qəmbər vurğulayıb ki, ?AXCP-Müsavat? bloku digər potensiallarına görə qələbə qazanmaq gücündədir.