Avropa Birliyi ilə tam üzvülük məsələsindən başqa heç bir variant diqqətə anıb, qəbul edilməyəcək.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Avropa üzrə naziri Ömər Çelik deyib.
Onun sözlərinə görə, rəsmi Ankara "İmtiyazlı ortaqlıq və ya buna bənzər hər hansı bir işbirliyi"ni ciddiyə almır: "Belə təkliflər Türkiyə tərəfindən dəyərləndirməyə belə alınmayacaq".
AB-nin köçkünlərə bağlı Türkiyəyə ayırdığı yardımların uzanmasına da etiraz edən nazir bildirib ki, bu istiqamətdə də müzakirəərin davam etdirilməsinə ehtiyac qalmayıb: "Texnik olaraq Türkiyənin bu anlaşmanı davam etdirməsi üçün heç bir səbəb qalmayıb".
Mia.az