Prezident ilham Əliyev Latviyanın sabiq prezidenti ilə görüzüb
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Latviyanın sabiq prezidenti, xanım Vayra Vike-Freyberqanı qəbul edib. Xanım Vayra Vike-Freyberqa Azərbaycana səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü deyib.
Öz növbəsində, dövlət başçısı Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən turizmin inkişafına böyük həcmdə sərmayələrin qoyulduğunu bildirib. Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan prezident ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinə böyük önəm verdiyini vurğulayıb.
Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini deyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50