Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.
Mia.az-ın məlumatına görə, Müsavat başqanı Arif Hacılı İsa Qəmbərin səhhəti ilə bağlı son durum barədə məlumat verib:
"İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgüclənləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq".
Mia.az