Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Bakıya rəsmi səfər edəcək. Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Sentyabrın 14-də isə Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin iştirak edəcəyi enerji sammiti keçiriləcək. Gürcüstan prezidentinin mətbuat xidmətinin rəhbəri Natiya Bandzeladze bildirib ki, Gürcüstan prezidenti sabah AGRI layihəsinin (Azerbaijan-Georgia-Romania Interconnector) dəstəklənməsi üzrə enerji sammitində iştirak edəcək. Enerji sammiti maye qazın nəqli sahəsində əməkdaşlığı nəzərdə tutur. Sammitdə həmçinin üç ölkənin prezidentlərinin ?Bakı Bəyənnaməsinin? imzalayacağı gözlənilir. Bu gün üç ölkənin energetika nazirlərinin görüşü də planlaşdırılıb. Qeyd edək ki, AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) 2010-cu ilin aprelin 13-də Buxarestdə imzalanıb.