Bu gün Azərbaycan Liberal Partiyasının növbəti qurultayı keçirilib. Qurultayda 171 nümayəndə iştirak edib. ALP Mətbuat Xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qurultaya ALP İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə sədrlik etmişdir. Qurultayda partiya sədr əvəzinin və MNTK sədrinin hesabatı dinlənilmiş, Siyasi Şuranın və MNTK tərkibi yenidən seçilmiş və Əvəz Temirxan alternativ əsaslarla gizli səsvermə ilə partiyanın yeni sədri seçilmişdir. 171 qurultay nümayəndəsindən 112-si Əvəz Temirxanın, 59 nəfər isə Elman Məmmədzadənin lehinə səs vermişdir. Bundan başqa partiyanın Azərbaycan Respublikası Milli Məclisin deputatlığına namizədləri irəli sürülmüş və "İnsan Naminə" seçki blokunun namizədləri təsdiq edilmişdir.