Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriya Prezidenti Bəşər Əsədə məxsus qüvvələrin İdlib şəhərinə hücumlarını sərt şəkildə tənqid edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çavuşoğlu Əsəd rejiminin Ən-Nusra bəhanəsi ilə müxalifləri vurduğunu bildirib:

"Bu addım siyasi həll məsələsini baltalayır. Soçidə görüşmək istəyən tərəflər bunu etməməlidir”.