Bu gün ?İslahat? seçki bloku qeydə alınmaq üçün ilkin sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. ?İslahat? seçki blokundan verilən məlumata görə, MSK-ya təqdim olunmuş sənədlər siyahısında seçki blokunun 19 nəfərdən ibarət səlahiyyətli nümayəndələr siyahısı da daxil edilib. MSK növbəti beş gündə bloku qeydə alıb-almamaqla bağlı qərar çıxaracaq. Əgər blok qeydə alınarsa, bundan sonra namizədlər siyahısını seçki dairələrinə göndəriləcək. Qeyd edək ki, ?İslahat? seçki blokunda BQP ilə yanaşı BAXCP, Ədalət və Təkamül partiyaları da yer alıb.