Bu gün İsveçin paytaxtı Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub.

 APA-nın məlumatına görə, bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.

 Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb. 

Stokholm Polis Departamentinin nümayəndəsi Sven-Erik Olsson  bildirib ki, partlayış yaralanan şəxslərdən birinin yerdəki cismi götürən zaman baş verib. Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb.