Prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanovu qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi və eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.