Əfqanıstanda silahlılarla atışma nəticəsində bir ABŞ hərbçisi həlak olub, daha 4 nəfəri isə yaralanıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident yanvarın 1-də Nanqarxar əyalətinin Açin rayonunda baş verib.
Son zamanlar Əfqanıstanda "Taliban” və İŞİD radikal qruplaşmalarının xeyli aktivləşdiyi müşahidə olunur.