İraq Türkmən Cəbhəsi Hay Elaskeri Büro yetkilisi Alabildin Abdulmaqsud qətlə yetirilib.

Türkmən xəbər agentliyinin Türkiyə təmsilçisi Ərsan Sarıkəhyanın APA-ya verdiyi xəbərə görə,  yetkili az öncə Kərkük şəhərində öldürülüb. 

Onun PKK terror təşkilatının tərəfdarları tərəfindən qətlə yetirildiyi güman olunur.