[/right] Azərbaycan İslam Demokrat Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində deyil. Bu barədə MİA-ya partiya sədri Tahir Abbaslı məlumat verib. Onun sözlərinə görə, ölkədə seçki əhval-ruhiyyəsi yoxdur, demokratik seçki şəraitindən isə danışmağa dəyməz: ?Bundan əlavə, hakimiyyətin ölkəmizin daxili və xarici siyasətində islam dininə qarşı radikallıq var. Bu günlərdə məhkəmədə haqsız olaraq dindarlara cəza verilməsi, bizə qarşı seçki kampanyasında təxribat və saxtakarlıq olacağından xəbər verir. Bundan əlavə müxalifətin apardığı yarıtmaz siyasət nəticəsində xalqın içərisinə girib müxalifət adı ilə təbliğat aparmaq çətindir. Bu mənada Allahın indi bu işə razılığı yoxdur?.