Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, İcra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə partiyanın mənzil qərargahında görüş keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin ölkələr və YAP ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə qarşıdan gələn parlament seçkiləri və ona hazırlıq prosesi haqqında da müzakirə aparılıb.