Rumıniyada ənənəvi 12-ci Beynəlxalq ?Eko-etno-folk? festivalı keçirilib. ?Azərbaycan Televiziya və Radio Verilişləri? Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətindən verilən məlumata görə, festivalda 34 ölkədən 140 film nümayiş olunub. Festivalda Azərbaycan filmi böyük uğur qazanıb. AzTV-nin proqram direktorluğunun dizayn və anons şöbəsinin baş rejissoru Yusif Quliyevin ?Xoşbəxt olun? sənədli filmi festivalın etno-kino mükafatına layiq görülüb. Film Azərbaycanın qədim adət-ənənələrinin əks olunduğu toy şənliyinə həsr edilib. Çəkilişləri Masallıda aparılan filmin prodüsseri Alina Abdullayevadır. Yusif Quliyev artıq ikinci dəfədir həmin festivalda iştirak edir. 2007-ci ildə azərbaycanlı rejissorun ?Keçid? sənədli filmi Beynəlxalq ?Eko-etno-folk? festivalının birinci mükafatına layiq görülüb.