Ağstafada dəhşətli qətl törədilib.
Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus "VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib. S.Əliyevin qətlə yetirildiyi məlum olub.
Hazırda hüquq-mühafizə orqanlarınınəməkdaşları hadisə yerində araşdırma aparılır.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.