Şəmkir rayonunda azyaşlı bacılar itkin düşüb.
2008-ci il təvəllüdlü Məmmədova Mahirə Xəqani qızı və onun bacısı, 2015-ci il təvəllüdlü Aişə Məmmədova evdən oynamaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır/Report.