Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi başlayıb.

 APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili iştirak etməyib. 

Buna görə iclas yanvarın 10-na təxirə salınıb. 

Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir. 

Xatırladaq ki, Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. 

Son illərdə isə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.