Azərbaycanlı model Minskdə keçiriləcək uzaqlar arassında ?Avroviziya-2010? müsabiqəsinin aparıcısı olacaq
?Avroviziya- 2010? beynəlxalq uşaq yarışmasının noyabrın 20-də keçiriləcək final mərhələsinin aparıcılarından biri tanınmış teleaparıcı, ?Miss Minsk-2009? müsabiqəsində ?Miss pressa-2009? adına layiq görülmüş Belarus Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi, soydaşımız Leyla İsmayılova olacaq.
BELTA agentliyinin yaydığı xəbərə görə, bu barədə sentyabrın 6-da Minskdə keçirilən mətbuat konfransında məlumat verilib. Leyla aparıcılar müsabiqəsinə qoşulmaq üçün Yunanıstandan Minskə qayıdıb. O deyib: ?Mən həmişə dəyişikliyi sevmişəm. Buna görə də uşaq aləminə baş vurmaq mənim üçün xüsusilə maraqlıdır. Əlimdən gələni etməyə hazıram?.
Aparıcıların müsabiqəsində 100-dən çox adam iştirak edib. Populyar müsabiqənin aparıcısı olmaq istəyənlər ingilis və fransız dillərini mükəmməl bilməli, səhnə mədəniyyəti və kadrda işləmək bacarığı nümayiş etdirməli idi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47