Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili "fitil adam”dır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın "Birinci kanal”ına müsahibəsində Ukraynanın eks-prezidenti Leonid Kravçuk söyləyib. Onun sözlərinə görə, Ukrayna hökuməti Saakaşvilini qanuna əməl etməyə məcbur etməlidir:
"Saakaşvili "fitil adam”dır. O, istənilən an istənilən qumbaranı partlada bilər”.